Interposta.Info

İrandan növbəti riyakarlıq - Molla rejimi “İbn Ziyad siyasəti" yürüdür

Siyasət / Manşet
 5-04-2023, 20:09     209

İran parlamenti Azərbaycana qarşı bəyanat qəbul edib.

Bəyanatda Azərbaycanın İsraildə səfirlik açması pislənilib. Parlamentin 210 üzvü bəyanatın leyhinə səs verib. Eyni zamanda, deputatlar İran Xarici İşlər Nazirliyini bu məsələ ilə bağlı lazımi diplomatik addımlar atmağa çağırıb.

Bu bəyanat İranın Azərbaycana qarşı riyakar siyasət yürütməsinin bariz nümunəsidir. Tehran İsraili "Qüdsün işğalçısı” adlandırır, Azərbaycanı "işğalçı rejim”lə əməkdaşlıqda qınayır, özünü Fələstindəki müsəlmanların təəssübkeşi kimi göstərir. O zaman ortaya sual çıxır: İslam və müsəlman təəssübkeşi kimi çıxış edən İran nə üçün eyni münasibəti müsəlman ölkəsi olan Azərbaycana qarşı sərgiləmir? Nə üçün hələ də Azərbaycanın torpaqlarını işğalda saxlayan Ermənistanla əməkdaşlıq edir və rəsmi İrəvanı işğalçı rejim adlandırmır?

Biz hələ 44 günlük Qarabağ savaşında İranın humanitar və hərbi müstəvidə Ermənistana yardım etdiyini demirik. Hər halda Tehran Ermənistana yardım etdiyini dana bilməz. Çünki bununla bağlı daşdankeçən faktlar var.

Türkiyə, Pakistan və Səudiyyə Ərəsbistanı da müsəlman ölkəsidir. Onlar Qarabağı işğal etdiyinə görə Ermənistanla diplomatik əlaqələri kəsib və ya ümumiyyətlə qurmayıb. İran isə Ermənistanla az qala qardaşlaşma mərhələsindədir.

Zəngəzur dəhlizinin əleyhinə çıxan, Ermənistanla "min illik sərhəd”inin olduğunu iddia edən İran indi hansı haqla Azərbaycanı İsraillə əməkdaşlığa görə qınayır?

İran İslam Əməkdaşlığı Təşkilatının üzvüdür. Lakin bu təşkilatın Qarabağla bağlı qətnamələrini gözardı edir. Bu İslam və müsəlman təəssübkeşliyi yox, açıq-aşkar "İbn Ziyad siyasəti"dir. İbn Ziyadın kim olduğunu isə İranın teokratik rejiminə izah etməyə ehtiyac yoxdur! Mənbə: Qaynarinfo.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26