Interposta.Info

Qətər və Bəhreyn diplomatik əlaqələri bərpa etdi
 

Dünya
 13-04-2023, 17:31     246

Qətər və Bəhreyn diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

Qaynarinfo xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə qərar Bəhreyn-Qətər komitəsinin aprelin 12-də Ər-Riyadda keçirilən ikinci iclasında qəbul edilib.

Ölkələr 2017-ci ildə diplomatik əlaqələri kəsib.

"Hər iki tərəf təsdiqlədi ki, bu addım ikitərəfli münasibətləri inkişaf etdirmək, KƏDƏŞ (Körfəz Ərəb dövlətləri üzrə əməkdaşlıq şurası – red. ) nizamnaməsinin məqsədlərinə uyğun olaraq Körfəz ölkələrinin inteqrasiyasını təşviq etmək və birliyini gücləndirmək, bərabərlik və mehriban qonşuluq, milli suverenlik, müstəqillik və ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşır”, - Qətər XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir 2017-ci ilin yayında Qətərlə diplomatik əlaqələri kəsib. Ölkələr Dohanı terrorizmi dəstəkləməkdə və onların daxili işlərinə qarışmaqda ittiham ediblər. Onlar həmçinin Qətərə qarşı iqtisadi sanksiyalar tətbiq ediblər və ölkəyə nəqliyyat blokadası elan ediblər. 2021-ci ilin yanvarında Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir Qətərlə diplomatik münasibətləri bərpa etmək, nəqliyyat blokadasını və fikir ayrılıqlarını aradan qaldırmaq üçün saziş imzalayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26