Interposta.Info

Qətər ərəb dövlətlərinin qatarından qovulur –

Dünya
 5-06-2017, 15:35     509

Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Bəhreyn Qətərlə diplomatik əlaqələrini kəsdiyini bəyan etdi. Buna səbəb körfəz ölkəsinin terroru dəstəklədiyini deməsi olub. Misir və Yəmən də Qətərlə əlaqələrini kəsdiyini bəyan edib.

Körfəzdə nə baş verir?

Bəhreyn Qətəri daxili işlərinə qarışmaqla ölkəsinin milli təhlükəsizliyini və səbitliyi pozmaqla günahlandıraraq əlqaləri kəsib.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentlyi Qətəri terrorizmi, məzhəbçiliyi dəstəkləmək və ekstremist qruplara maliyyə yardımı göstərməklə günahlandırıb. Dövlət xəbər agentliyi bu gün “ölkənin milli təhlükəsizliyini terrorizmdən və ekstremizmdən qorumaq üçün” hər iki ölkə arasında əlaqələrin kəsildiyi xəbərini yayıb.

Ər-Riyad iqtidarı Yəməndə şiə husilərə qarşı qurulan koalisiyadan Qətəri çıxarıb.

BƏƏ Qətərli diplomatlara ölkəni tərk etmələri üçün 48 saat vaxt verib. Reuters-nin verdiyi xəbərə görə, Bəhreyn, Misir və BƏƏ qətərlilərə ölkəni tərk etmələri üçün iki həftə vaxt tanıyıb.

Qətərin xarici işlər naziri məsələyə münasibət bildirərək bütün bunların əsassız iddialar olduğunu və Qətərin haqsız yerə günahlandırıldığıni deyib.

İran Qətərə edilmiş həmlənin Yaxın Şərqdəki böhrana son verməyəcəyini vurğulayıb. Dövlət rəsmisi Həmid Abutalibi bildirib ki, diplomatik əlaqələrin kəsilməsi və sərhədlərin bağlanması ilə məsələ həll edilə bilməz, əksinə pisləşdirər.

Bundan əlavə, Yəmən də Qətərlə diplomatik əlaqələri kəsdiyini elan edib. Yəmən Qətəri husi hərəkatını dəstəkləməkdə günahlandırdır.

Böhranın səbəbi nədir?

May ayında Qətərin rəsmi xəbər agentliyinin internet səhifəsində Qətərin əmri Şeyx Təmim bin Həmən Əl Saniyə məxsus İranın lehinə şərhlər yayıılıb. Bu şərhlərdə Əl Sani səudiyyəliləri və Körfəz ölkələrini “İsrailin müttəfiqi və ABŞ-nin kuklası” olmaqla günhalandırırdı. Körfəz ölkələri bu şərhlərə sərt reaksiya verib.

Qətər iqtidarı internet adresinin hakerlər tərəfindən ələ keçirildiyini və şərhlərin həqiqəti əks etdirmədiyini bəyan etdi. Lakin Körfəz ölkələri Əl-Cəzirə də daxil olmaqla Qətər mediasını yayınlanmasını ölkələrində qadağan etdilər.

Əslində Qətər iqtidarı uzun zamandır ki, islamçı ekstremistlərə dəstək olduğuna görə tənqid edilirdi. Digər səbəb “Müsəlman qardaşları” hərəkatının olduğu bildirilir.

Qətərin qiyamla hakimiyyətinə son qoyulan Misir prezidenti Məhəmməd Mursiyə dəstək verməsi Körfəz ölkələrində böhrana səbəb olmuşdu. 2014-cü ildə Səudiyyə Ərərbistanı, Bəhreyn və BƏƏ Qətəri daxili işlərinə qarışmaqda təqsirli bilmiş və diplomatik əlaqələri kəsmişdi.

Qətər “Müsəlman qardaşları” üzvlərinin ölkədən çıxmasına nail olduqdan 8 ay sonra diplomatik əlaqələr bərpa edilmişdi. Lakin o dövrdəki böhranda quru və dəniz sərhədləri bağlanmamışdı.

Qətər ekstremist qrupları dəstəkləmədiyini dəfələrlə rədd etsə də, qərb Qətəri İŞİD və Əl-Qaidaya bağlı qruplaşmaları dəstəklədiyini iddia edir.

Səuddiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Oman və Qətər Körfəz Kooporasiyası Şurasının üzv dövlətləridir. Bu ittifaq Yaxın Şərqin ən güclü ittifaqı hesab edilir. Hazırda Küveyt və Oman Körfəz Kooporasiyası Şurasında Qətərlə əlaqələri saxlayan yeganə dövlətlərdir.

Əlaqələrin kəsilməsi Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərin bir sıra media quruluşlarını bloklamaqla başlayıb. Buna səbəb Qətərin Əmri Şeyx Tami

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26