Interposta.Info

“Razılaşmaya hazırıq!” - Qətər TƏSLİM OLUR

Dünya
 6-06-2017, 13:46     698

Qətər onunla diplomatik münasibətləri kəsən ölkələrə dialoq çağırışı edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Qətərin xarici işlər naziri şeyx Məhəmməd bin Al Sani Körfəz ölkələrinə eyni cavabı verməyəcəklərini və dialoq istədiklərini deyib.
“Qarşılıqlı razılaşmaya hazırıq”, - deyə qətərli nazir bildirib.
Qeyd edək ki, bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv və Mavritaniya Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26