Interposta.Info

Çindən xarici qüvvələrə xəbərdarlıq: Tayvan sularında hərbi təlimlərə başladı

Dünya
 8-04-2023, 13:37     243

Çindən xarici qüvvələrə xəbərdarlıq: Tayvan sularında hərbi təlimlərə başladı

Çin aprelin 8-dən 10-dək Tayvan adasının sularında hərbi təlimlər keçirəcək.

Bu barədə Çin Xalq Azadlıq Ordusunun Şərq Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Şi Yi məlumat verib.

O qeyd edib ki, Çin “Birgə kəskin qılınc” adlı təlim keçirəcək”.
Şi Yinin sözlərinə görə, təlimlər “Tayvan separatçılarına və onları dəstəkləyən xarici qüvvələrə xəbərdarlıq” kimi keçirilir. Qeyd olunur ki, Çin hərbçiləri “öz ölkələrinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirlər görəcəklər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26