NATO təlimlərə başladı - 30 min əsgər

NATO Norveçdə hərbi təlimlərə başlayıb.
Bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
Təlimlər "Soyuq cavab-2022” adı altında keçirilir.
Məlumata görə, təlimlərdə 27 ölkədən 30 min hərbçi iştirak edir.
NATO-nun mənzil-qərargahı təlimlərə 220 təyyarə və 50-dən çox gəminin cəlb olunduğunu bildirib:
"Təlimlər əvvəlcədən planlaşdırılıb, Rusiyanın Ukraynaya hücumu ilə əlaqəsi yoxdur və müdafiə məqsədlidir".
Qeyd edək ki, Rusiya təlimlərə dəvət olunsa da, iştirak etmək istəməyib.
İnterPosta.info