Interposta.Info

Erməni ordusundan Rusiya hədəflərinə ağır zərbə –

Dünya
 11-08-2017, 12:38     9 986

Gürcüstanın Vaziani hərbi poliqonunda NATO-nun “Noble partner” (“Layiqli tərəfdaş”) hərbi təlimləri çərçivəsində döyüş atışları həyata keçirilib.

Virtualaz.org xəbər verir ki,təlimlərin bu mərhələsində ağır döyüş texnikası atəş mövqeyinə çıxarılıb, NATO generallarının müşahidəsi altında şərti hədəflərə zərbələr endirilib.

“Noble partner” hərbi təlimləri avqustun 12-nədə davam edəcək. Təlimlər Vaziani və Norio poliqonlarında keçirilir. Bu ilki təlimlər öz miqyası ilə fərqlənir. Orada NATO və tərəfdaş ölkələrin 2.8 minən çox hərbçisi iştirak edir. Tərəfdaş ölkələrdən təlimlərə Ermənistan və Ukrayna qatılıb. Ermənistanın təlimlərə 100-dən çox hərbçi göndərdiyi bildirilir. Azərbaycan Gürcüstanda keçirilən NATO təlimlərində iştirak etmir, rəsmi Bakı bu addımın səbəblərini şərh etməyib.

Təlimlərə cəlb etmək üçün gəmilərlə Gürcüstana Almaniya ordusunun GTK Boxer zirehli transportyorları, Amerika ordusunun “Abrams” tankları və “Bredli” və “Stryker” zirehli döyüş maşınları gətirilib.

Bundan əvvəl təlimlərin artilleriya döyüş atışları mərhələsi keçirilmişdi. Təlimləri izləmək üçün Amerika ordusunun bir neçə generalı Gürcüstana gəlib. Təlimlərin açılışında ABŞ vitse-prezidenti Maykl Pens də iştirak etmişdi.

Bu təlimlər Rusiyanın Ukrayna, Gürcüstan və Baltik ölkələrinə qarşı mümkün hərbi təhdidlərinə cavab olaraq təşkil edilir. Rusiya onun sərhədləri yaxınlığında keçirilən NATO təlimlərini həmişə aqressiv qarşılayıb. Lakin bu dəfə məsələnin diqqəti cəlb edən tərəfi budur ki, faktiki olaraq Rusiyaya qarşı yönəlmiş NATO təlimlərinə onun Cənubi Qafqazdakı forpostu Ermənistan da fəal şəkildə qatılıb. Bu, Ermənistanın son zamanlar NATO və Avropa İttifaqı ilə tərəfdaşlığı genişləndirməyə yönəlmiş ciddi səyləri ilə bir vaxtda baş verir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26