ABŞ hərbi texnikası Gürcüstana gətirildi -
Gürcüstanda keçiriləcək NATO-nun “Layiqli tərəfdaş 2017” (Noble Partner 2017) hərbi təlimlərində iştirak edəcək ABŞ ağır hərbi texnikasının növbəti hissəsi Gürcüstana gətirilib.
APA-nın yerli bürosunun Gürcüstanın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, “Stryker” zirehli maşınları Poti limanına çatdırılıb. Bundan öncə ABŞ-ın “Abrams” tankları və “Bradley” zirehli maşınları Gürcüstana gətirilmişdi.
Genişmiqyaslı hərbi təlimlərin açılış mərasimində ABŞ-ın vitse-prezidenti Mayk Pens də iştirak edəcək.
NATO-nun “Layiqli tərəfdaş 2017” hərbi təlimləri iyulun 30-dan avqustun 12-dək davam edəcək. Təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, eləcə də tərəfdaş ölkələr Ukrayna və Ermənistandan 2800 hərbçi iştirak edəcək. Təlimlər Vaziani və Norio hərbi bazalarında keçiriləcək.
interposta.info![]()
![]()
![]()
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

