Rusiya Ermənistanla birgə hərbi təlimlər keçirəcək

Rusiya və Ermənistan birgə hərbi təlimlər keçirməyi planlaşdırır.
İnterPosta.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovannisyan bildirib.
Onun sözlərinə görə, təlimlər Ermənistan ərazisində müxtəlif qoşun növlərinin iştirakı ilə avqust, sentyabr və oktyabr aylarında təşkil olunacaq.
Qeyd edək ki, Rusiya tərəfi isə bu barədə hər hansı açıqlama verməyib./azvision.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26