Interposta.Info

50 il sonra: NASA Ay ətrafında uçacaq ekspedisiyanın üzvlərinin adını açıqladı

 

Dünya
 4-04-2023, 17:44     251

ABŞ-ın Kosmik agentliyi NASA 50 illik fasilədən sonra Aya ilk insan uçuşunda iştirak edəcək 4 astronavtın adını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC yazır.

Kristina Kox Ay missiyada iştirak edən ilk qadın astronavt və Viktor Qlover ilk afroamerikalı olacaq.

Onlardan əlavə ekipajda Rid Uayzman və Ceremi Hansen də var. Uçuş 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlinə planlaşdırılıb.

Missiyaya Aya eniş daxil deyil, lakin hesab edilir ki, onun növbəti ekipajın enişinə yol açacaq.

Üç ABŞ və bir Kanada vətəndaşının daxil olduğu ekipaj Hyustonda keçirilən mərasimdə ictimaiyyətə təqdim edilib, bundan sonra intensiv təlim dövrü başlayacaq.
NASA Amerika cəmiyyətində müxtəlif sosial və etnik mənsubiyyətlərdən olan nümayəndələri kosmosa uçurmaq vədini yerinə yetirir. Aya bütün əvvəlki uçuşlar yalnız ağdərili insanlar tərəfindən edilib.

Kod adı "Artemis II” olan missiya "Orion” kosmik gəmisinin ilk insanlı missiyasıdır. "Artemis II” bizi ulduzlara çatdırmaq üçün yorulmadan çalışan minlərlə insandır. Bu onların komandasıdır, bu bizim komandamızdır, bu bəşəriyyətin komandasıdır", - NASA Administratoru Bill Nelson astronavtların təqdimat mərasimində deyib.

"NASA astronavtları Rid Uayzman, Victor Qlover və Kristina Hemmok Kox və Kanada Kosmik agentliyinin astronavtı Ceremi Hanson öz həyatları və hekayələri olan dörd fərddir, lakin onlar birlikdə bizim "E pluribus unum: çoxlarından biri” şüarımızı təcəssüm etdirirlər. Biz birlikdə astronavtların və xəyalpərəstlərin yeni nəsli, Artemis nəsli üçün yeni kosmos tədqiqi dövrünü açırıq”, - Nilsson əlavə edib.

Uayzman "Orion”un komandiri olacaq; Qlover - pilot; Kox və Hanson əlavə "missiya mütəxəssisləri".

Dördlük mahiyyət etibarı ilə 1968-ci ildə "Apollon 8”in Aya çatan ilk insan kosmos uçuşu olan missiyasının təkrarıdır.

Bu dəfəki əsas fərq NASA-nın Artemis proqramı çərçivəsində inkişaf etdirdiyi 21-ci əsr texnologiyasının istifadəsi olacaq. Yunan mifologiyasında Artemis ilk Ay missiyalarının adını daşıyan Apollonun əkiz bacısıdır.

Keçən il agentlik Space Launch System adlı yeni nəsil daşıyıcı aparatı və onunla əlaqəli Orion adlı ekipaj kapsulunu sınaqdan keçirib.

Artemis II missiyası zamanı astronavtlar Aya və geriyə uçacaqlar, bu da çox güman ki, təxminən 10 gün çəkəcək.

İnsanın Aya sonuncu kosmik uçuşu 1972-ci ilin dekabrında Apollon-17 olub. Və ilk eniş 1969-cu ildə Apollon-11 tərəfindən həyata keçirilib.

NASA hələ ki, astronavtları birbaşa Ay səthinə çatdıra bilən sistemə malik deyil. Onu İlon Maskın SpaceX şirkəti hazırlayır. Uçuş sınaqları yaxın həftələrdə başlamalıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26