Interposta.Info

AK Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamağı tövsiyə edəcək
 

Dünya
 3-04-2023, 21:48     213

Avropa Komissiyası Aİ-yə üzv dövlətlərə Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamağı və Gürcüstana namizəd statusunun verilməsini tövsiyə etməyi nəzərdən keçirir.

Qaynarinfo xəbər verir ki, bu barədə Aİ və NATO fəaliyyətini işıqlandıran "Azadlıq” radiosunun Avropa üzrə redaktoru Rikard Cozviaka istinadən "Yevropeyska pravda” yazır.

Cozviak qeyd edib ki, Avropa Komissiyası may ayında Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlük statusu ilə bağlı yeni məlumat təqdim etməyi planlaşdırır. Oktyabrda Avropa Komissiyasının genişlənmə ilə bağlı rəsmi hesabatı gözlənilir.

Cozviakın sözlərinə görə, Avropa Komissiyası üzv ölkələrə Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamağı və hələlik namizəd statusu olmayan Gürcüstanla irəliləməyi tövsiyə etməyi düşünür.

"Beləliklə, altı ay qalıb, hazırda mövcud olan versiya: Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq və Gürcüstana namizəd statusu vermək tövsiyəsi", - Cozviak öz Twitter səhifəsində yazıb.

Bundan əvvəl media məlumat yayıb ki, Avropa Komissiyası Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verməyə meyillidir, bir şərtlə ki, bu müddət ərzində ölkə hakimiyyəti Avropa kursuna zidd yeni addımlar atmasın.

Üzvlük danışıqları ölkənin Aİ-yə hansı şərtlər altında qəbul olunacağına aiddir. Onlar əsas diqqəti Aİ qanunvericiliyinin (acquis) qəbulu və icrasına yönəldirlər. Məqsəd namizəd ölkənin "Kopenhagen meyarları” adlandırılan üzvlük şərtlərini yerinə yetirməsidir.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26