Interposta.Info

"Ukrayna minlərlə insanın ölümü bahasına Aİ-ni birləşdirdi" - Zelenski

Dünya
 1-03-2022, 17:59     24 678


Ukrayna minlərlə insanın ölümü bahasına Avropa İttifaqını birləşdirə bildi.

"İnterPosta" Qaynarjnfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Parlamentinin növbədənkənar iclasında video çıxışı zamanı deyib.

"İndi mən canları bahasına ölkəni müdafiə edən, birlik və azadlığı müdafiə edən Ukrayna vətəndaşlarından danışıram. Çox şadam ki, indi gördüklərim və eşitdiklərim birləşdirici əhval-ruhiyyədir. Şadam ki, bu gün biz sizin hamınızı - AB ölkələrini birləşdirdik, amma bunun bu qiymətə başa gələcəyini bilməzdim", - o deyib.

"Və bu, mən və hər bir ukraynalı üçün, dövlət üçün faciədir. Belə böyük bir əvəz, həm də çox böyük! Minlərlə insan, iki inqilab, bir müharibə və Rusiya Federasiyasının 5 günlük genişmiqyaslı işğalı", - Zelenski deyib.

Fevralın 28-də prezident Vladimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzalayıb. Sənəd artıq Brüsselə çatdırılıb və rəsmi qeydiyyatdan keçib.

8 ölkənin prezidenti Ukraynaya Aİ üzvlüyünə namizəd ölkə statusunun dərhal verilməsinə çağırıb.

Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, "Xalqın qulluqçusu” fraksiyasından olan deputat Mariya Mezentsevanın açıqlamasına görə, Ukrayna əvvəlcə Aİ-yə namizəd ölkə statusu alacaq, sonra isə birliyin üzvü olacaq.

Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı müraciətinə baxılması proseduruna başlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26