Interposta.Info

"Evin" həbsxanasında yatan siyasi fəaldan Xameneyiyə sərt məktub
 

Dünya
 13-03-2023, 19:31     297

İranın "Evin” həbsxanasında cəza çəkən siyasi fəal Mustafa Taczadə ölkənin ali rəhbəri Seyid Əli Xameneyiyə məktub yazıb.

Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, Mustafa Taczadə məktubunda "Evin” həbsxanasında digər fəallar Səid Mədani və Hüseyn Razzaqla birgə saxlanıldığı kameraya təhlükəsizlik qüvvələrinin hücumundan bəhs edib.

O, bu hücumu prezidentliyə keçmiş namizəd Mürhüseyn Musəvinin dəstəklənməsinə hakimiyyətin reaksiyası kimi dəyərləndirib.

Taczadənin sözlərindən aydın olur ki, bu artıq ay ərzində üçüncü hücumdur. Təhlükəsizlik qüvvələri kamerada axtarış aparıblar.

"Bu qeyri-adi və uzun axtarış zamanı mənim və Səid Mədaninin şəxsi qeydlərini götürüblər”, deyə siyasi fəal Xamneyiyə ünvanladığı məktubda vurğulayıb.

Mustafa Taczadə ali rəhbərin diqqətinə çatdırıb ki, şəxsi qeydlərinin müsadirə olunması həbsxana qaydalarına ziddidr.

"Bu tədbirlər məhbuslar üçün amnistiya elan edilməsinə nə dərəcədə uyğundur? Niyə tənqidçiləri haqsız yerə həbs etdirdikdən sonra onların elementar hüquqlarını tapdalayırsan?!”, deyə Mustafa Taczadə bildirib.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26