Interposta.Info

Azərbaycan məktəbində şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri araşdırılır

Ölkə
 28-06-2022, 16:29     400

Azərbaycan məktəblərindən birində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri araşdırılır.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, nəticə barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi güman olunur. Videoda müəllim şagirdlərlə birlikdə Xameneyiyə həsr olunmuş "Salam fərmandeh” mahnısını ifa edir. Görüntülər sosial şəbəkələrdə etiraza səbəb olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26