Interposta.Info

Tovuzda müəllim şagirdləri amansızcasına döydü -

Ölkə
 18-04-2017, 11:55     481

Tovuzun Qalaboynu kəndində müəllimin şagirdi döyməsi telefonla çəkilib.

interposta.info
Xezerxeber.az-a istinadən xəbər verir ki, yayılan videoda müəllim şagirdi küncə sıxışdıraraq döyür, uşağın yalvarmasına belə məhəl qoymur. Daha sonra başqa bir şagirdi döyür.

Şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqovdur. O, telekanala açıqlamasında görüntülərin montaj olduğunu iddia edir. Mövsüm Sadıqov bildirib ki, o, heç bir halda şagirdlərə zor tətbiq etmir. Müəllim hər nə qədər ittihamları qəbul etməsə də, görüntülər ortadadır.

interposta.info xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyi hər hansı bir açıqlama verməyib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26