Interposta.Info

Məhkumlar Moskva həbsxanasında qiyam qaldırdı

Dünya
 16-03-2021, 15:56     514

Məhkumlar Moskva həbsxanasında qiyam qaldırdı

Moskvanın "Vodnik" təcridxanasında martın 15-də - bazar ertəsi axşam qiyam qalxıb.

"İnterPosta"REN TV-yə istinadla xəbər verir ki, məlumatına görə, ondan çox məhbus qiyamda iştirak edib.

Birinci təhlükəsizlik binasında qalxan qiyamın təşəbbüskarları səkkiz videeomüşahidə kamerasına, dörd məlumat stendinə, qida paylayan səkkiz bacaya və həbsxana işçilərinə zəng etmək üçün düymələrə ziyan vurub.

Məhkumlar növbətçi praporşiki təhdid edərək ona hücum ediblər.

FSIN rəsmi olaraq bu olaya münasibət bildirməyib. Qiyam iştirakçıları və istintaq təcridxanası əməkdaşlarının artıq dindirildiyi məlumdur.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26