Interposta.Info

1 saylı cəzaçəkmə müəssisəsində qiyam? -

Paradoks
 23-01-2017, 12:34     1 274

1 saylı cəzaçəkmə müəssisəsində qiyam? -
“Azadlıq” radiosu adını çəkmək istəməyən məhbus yaxınlarından birinə istinadən bildirib ki, 1 saylı cəzaçəkmə müəssisəsində qiyam baş verib: "Yanvarın 22-də qohumlarımız 1 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedib. Heç kimə görüş verməyiblər, hamını qovub çıxardıblar. Səbəbi də həbsxanaya qoşun yeridilməsi olub".

Başqa bir məhbus yaxını da radioya deyib ki, yanvarın 22-də günorta 1 saylı həbsxanadakı məhbuslardan birinə baş çəkməyə gedib: "Birdən qara maskalılar, əsgərlər doluşdular 1 saylı həbsxanaya. Hamımızı çölə çıxardılar... Məhbusları döyüblər... Bir qrup məhbusu da qara maskalılar maşınlara doldurub harasa apardılar”.

Məlumatlara görə, məhbuslar içəridəki bahalıqdan və qidalanmadan narazıdırlar. Belə ki, misal üçün, çöldə 1 manat 10 qəpik olan siqaret içəridə 1 manat 80 qəpikdir. Bundan başqa həbsxananın yeməkxanasında "perlovı"dan başqa heç nə verilmir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə radioya deyib ki, 1 saylı müəssisədə belə bir hadisə olmayıb: "Ora nə qoşun yeridilib, nə də məhkumlar döyülüb. Daxili nizam qaydalarına uyğun müəssisədə fəaliyyət davam edir. Deyilənlər yalandır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26