ABŞ-da həbsxanada qiyam baş verib, ölən və yaralananlar var

ABŞ-da həbsxanada qiyam baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident Kaliforniya ştatında qeydə alınıb.
İnsident nəticəsində azı 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir. Həbsxana əməkdaşları arasında zərərçəkən olmayıb. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26