Interposta.Info

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Dünya
 16-02-2023, 12:03     208

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 140 460 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 296 tank, 6 517 zirehli maşın, 2 306 artilleriya sistemi, 466 reaktiv yaylım atəşi sistemi, 239 hava hücumundan müdafiə sistemi, 298 təyyarə, 287 helikopter, 2 012 PUA, 857 qanadlı raket, 18 gəmi/qayıq, 5 167 avtomobil texnikası və avtosistern, 219 xüsusi texnikadan ibarətdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26