Interposta.Info

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqladı

Dünya
 6-07-2022, 11:30     322

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

"İnterPosta"nın UNİAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 36 300 hərbçisi zərərsizləşdirilib.

Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1600 tank, 3789 zirehli maşın, 812 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 107 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 187 helikopter, 664 operativ-taktiki PUA, 153 qanadlı raket, 15 gəmi/qayıq, 2648 avtomobil və avtoçən, 65 xüsusi texnikadan ibarətdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26