Interposta.Info

Rusiya ordusu bir günə bu qədər hərbçisini itirdi – Ölümcül zərbə

Dünya
 26-05-2022, 16:52     340


Ukrayna müdafiə qüvvələri ötən sutka ərzində daha 150 rus hərbçisini öldürüb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən mayın 26-na kimi 29 600 rus hərbçisi məhv edilib. Eyni zamanda, bu müddət ərzində rus ordusunun 1315 tankı, 3235 zirehli texnikası, 617 artilleriya sistemi, 592 PUA, 114 qanadlı raket sistemi, 2225 nəqliyyat vasitəsi və 47 xüsusi texnikasının sıradan çıxarıldığı bildirilib.

Həmçinin tammiqyaslı işğalın əvvəlindən ruslar 206 təyyarə, 201 yaylım atəş sistemi, 93 hava hücumundan müdafiə sistemi, 170 helikopter və 13 gəmi/katerini itiriblər.

Ötən gün Rusiya ordusunun ən böyük itkiləri Avdeyevka istiqamətində olub./teleqraf.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26