Interposta.Info

Ukrayna Rusyanın bu günə qədər müharibədəki itkilərini AÇIQLADI 

Dünya
 6-04-2022, 15:09     242

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

"İnterPosta" xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, 24 fevral-6 aprel tarixlərində Rusiya tərəfinin şəxsi heyətində itkilər 18 600-ə çatıb.

Bundan əlavə, gedən döyüşlərdə Rusiya ordusunun 684 tankı, 1 861 zirehli döyüş maşını, 332 artilleriya sistemi, 107 reaktiv yaylım atəş sistemi, 55 HHM sistemi, 150 təyyarəsi, 135 helikopteri, 1 324 avtomobil texnikası, yeddi kateri, 76 yanacaq-sürtkü materialları çəni, 96 kəşfiyyat PUA-sı, 25 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusu məhv edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26