Interposta.Info

Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçdi

Dünya
 8-02-2023, 11:45     195


Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2032-yə çatıb.

Qsaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Suriyadakı nümayəndəliyindən bildirilib.

Ətraflı
Məlumata görə, həmçinin 5 minə yaxın ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26