Interposta.Info

Filippində təbii fəlakət nəticəsində onlarla insan itkin düşüb

 

Dünya
 30-12-2022, 12:23     293

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 44 nəfər ölüb, 28 nəfər itkin düşüb. Daşqınlar respublikanın 10 rayonunda 509 mindən çox insana ziyan vurub.

15,8 min şəxs 151 təxliyə mərkəzindədir. 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölkədə təbii fəlakətlə bağlı 434 hadisə, o cümlədən daşqınlar və torpaq sürüşmələri qeydə alınıb.

67 şəhər və 71 bələdiyyədə təhsil müəssisələrində dərslər və müəssisələrdə iş dayandırılıb. 21 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26