Interposta.Info

Çində daşqınlar beşmərtəbəli binanı yuyub aparıb-

Dünya
 11-07-2017, 10:58     527

Çinin Tibet bölgəsində güclü daşqınlar beşmərtəbəli binanı yuyub aparıb.

"Report" xəbər verir ki, bu barədə "360" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, bina çaya aşmamışdan sakinləri təxliyyə etmək mümkün olub, heç kim xəsarət almayıb.

Çində leysan yağışları və daşqınlar nəticəsində 53 min ev dağılıb, 68 mindən çox evə ziyan dəyib. Təbii fəlakət təxminən 12 mln. Çin sakininə zərər vurub. Hazırda 80-dən çox insan itkin düşüb. Bəzi insanlar torpaq sürüşməsi nəticəsində dağıntılar altında qalıb, həmçinin suda batanlar var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26