Interposta.Info

Yeni Zelandiya 2009-dan sonra doğulanlara tütün satışını ömürlük qadağan etdi

Dünya
 14-12-2022, 12:32     259

Yeni Zelandiya 2023-cü ildən tütün məmulatlarında nikotinin konsentrasiyasını və tütün satış məntəqələrinin sayını azaldacaq. Müvafiq qanun ölkə parlamenti tərəfindən üçüncü oxunuşda qəbul edilib. Sənədə əsasən, həmçinin 2009-cu il yanvarın 1-dən sonra doğulanlara ömürlük tütün almaq qadağan edilib. Bu, dünyada gələcək nəsillər üçün siqaret çəkməyi qadağan edən ilk qanundur.

"İnterPosta" xəbər verir ki, Qaynarinfo Radio New Zeland National-a istinadən məlumatı yayıb.

"Ölkə üzrə tütün sata bilən pərakəndə satıcıların sayı indiki 6000-dən on dəfə azaldılacaq. Bu qanuna əsasən, gələn ilin sonuna qədər tütün pərakəndə satış məntəqələri 600-dən çox olmamalıdır", - Yeni Zelandiyanın Səhiyyə nazirinin müavini Aişi Verrall bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə yetkinkinlik yaşına çatmış vətəndaşların 8 faizi siqaret çəkir. Bir il yarım əvvəl insanların 9,4% -i, on il əvvəl 16% siqaret çəkirdi.

Qanun veyp satışını qadağan etmir. "The Guardian” yazır ki, Yeni Zelandiya əhalisinin bir hissəsi siqaretdən elektron cihazlara keçib.

2010-cu ildə ölkədə siqaret çəkənlər arasında aparılan sorğudan sonra Yeni Zelandiya səlahiyyətliləri 2025-ci ilə qədər siqaret çəkmə nisbətini 5%-dən aşağı salmağı hədəflədiklərini açıqlayıblar. Xüsusilə, bunun üçün ölkədə siqaretlər üçün parlaq qutulardan istifadə qadağan edilib və onlara yüksək vergilər qoyulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26