Interposta.Info

Prezident “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna dəyişiklikliyi imzalayıb

Ölkə
 31-10-2018, 19:08     10 475

Azərbaycan Prezidenti İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

“İnterPosta” xəbər verir ki, bu, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsi qadağasının konkretləşdirilməsi ilə bağlıdır.

Qanunun 13-cü (Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsinin qadağan olunması) maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.

Dəyişikliklə isə daha konkret - yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağan edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26