Interposta.Info

ABŞ Ukraynaya NASAMS verəcək: Bunun üçün 1,2 milyardlıq müqavilə imzalandı

 

Dünya
 1-12-2022, 12:06     127

NASAMS yer-hava raket sistemlərini istehsal edən Raytheon Co. şirkəti ABŞ Müdafiə Nazirliyindən Ukrayna üçün belə sistemlərin istehsalı ilə bağlı müqavilə alıb.

Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər verir.

Pentaqonun mətbuat xidmətinin məlumatına görə, müqavilənin ümumi məbləği 1,216 milyard dolları ötür. Bura NASAMS yer-hava raket sistemləri ilə yanaşı, "əlaqəli avadanlıq, xidmətlər və ehtiyat hissələrin” istehsalı da daxildir. Vəsait 2023-cü ildə Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü maliyyə paketinin bir hissəsi kimi ayrılacaq.

Müqavilənin gözlənilən tamamlanma tarixi 28 noyabr 2025-ci ildir.

Bir gün əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı, Pentaqonun sözçüsü Patrik Rayder bildirmişdi ki, Birləşmiş Ştatlar "bir neçə il” ərzində Ukraynaya əlavə altı NASAMS zenit-raket kompleksi verəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26