Interposta.Info

İranlı tələbələr rektorun otağı qarşısında oturaq aksiya keçirdilər

Dünya
 23-11-2022, 11:29     190

İranda Tehran Reabilitasiya Elmləri və Sosial Sağlamlıq Universitetinin tələbələri rektorun otağının qarşısında oturaq aksiya keçiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı kadrlar yayıb.

Bildirilir ki, etirazçılar həbsdə olan tələbə yoldaşlarının sərbəst buraxılmasını tələb ediblər.

Onlar aksiya zamanı “Tələbə ölər, zillət qəbul etməz!”, “Məhbus tələbə sərbəst buraxılsın!” kimi şüarlar səsləndiriblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26