Interposta.Info

Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirdi -

Gündəm
 30-05-2017, 13:42     507

Azərbaycan Dillər Universitetinin tələbələri aksiya keçirir.

interposta.info xəbər verir ki, musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, tələbələr dövlət imtahanın ləğv olunmasını tələb edirlər.
Etiraz aksiyasında təxminən 200-300 tələbənin iştirak etdiyi bildirilir.

Qeyd edək ki, ADU-nun keçmiş rektoru Səməd Seyidovun ləğv etdiyi dövlət imtahanını bu il hazırki rektor Əfqan Abdullayev bərpa edib.

Dördüncü kurs tələbələri isə iddia edir ki, onlar universitetə qəbul olduqları zaman imzalanan müqavilədə dövlət imtahanı olmayıb. Ə.Abdullayev isə bu qərarın Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini bildirir.




Xatırladaq ki, may ayının 26-da pedaqoji təcrübənin yekunlaşması ilə bağlı keçirilən konfransda dördüncü kurs tələbəsi ilə rektor arasında gərginlik yaşanmıdı. Həmin hadisə böyük ajiotaja səbəb olmuşdu.

interposta.info
Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirdi -
Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirdi -
Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirdi - Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirdi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26