Interposta.Info

Kadırovçuların kazarmasına hücum: 40 ölü, 60 yaralı

Dünya
 25-10-2022, 19:21     256

Bazar ertəsi axşam Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Kadırovun döyüşçülərinin bazasına zərbələr endiriblər.

"İnterPosta" xəbər verir ki, bu barədə Rusiya ordusunun döyüş meydanındakı itkilərini hesablayan "Ukrayna Silahlı Qüvvələri” "Telegram" kanalı yazıb.

Ukrayna hərbçisi Anatoli Ştefanın sözlərinə görə, zərbə nəticəsində 60-dan çox işğalçı yaralanıb, daha 40-a yaxını isə məhv edilib.

"Bu gün Ukrayna Silahlı Qüvvələri "TikToker"lərin yerləşdiyi bazaya raket hücumu həyata keçirib. İlkin məlumata görə, Kadırovçulardan 40-a yaxını demobilizasiya olunub, 60-dan çoxu yaralanıb", deyə məlumatda qeyd edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26