Interposta.Info

Ukrayna ABŞ sistemini işə saldı – Rus ordusunun tank itkisi artdı

Dünya
 20-05-2022, 16:23     476

Ukrayna Silahlı Qüvvələrinin 80-ci Əlahiddə Hücum Briqadasının hərbçiləri Rusiyaya məxsus iki tankı məhv ediblər. Atışlar Ukrayna və Amerika zenit silahlarından - müvafiq olaraq “Stuqna-P” və “Javelin”dən açılıb.

"İnterPosta" Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

“Ukraynalı paraşütçülər iki rus tankını yandırıblar. Ukrayna Silahlı Qüvvələrinin 80-ci Əlahiddə Hücum Briqadasının desantları rus işğalçılarının tanklarını effektiv şəkildə məhv etməkdə davam edir”, - açıqlamada bildirilib.

Tanklar əvvəlcə “Stuqna-P”dən, daha sonra “Javelin”dən açılan uğurlu atəşlə məhv edilib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının son məlumatına görə, işğalın başladığı fevralın 24-dən bəri rus ordusunun 1263 tankını sıradan çıxarıblar.

Bunlardan 9-u son sutka ərzində partladılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26