Interposta.Info

Snouden Rusiya vətəndaşlığı alıb

Dünya
 26-09-2022, 20:43     218

Rusiya Prezidenti Vladimir Putinin bazar ertəsi verdiyi fərmanla ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya vətəndaşlığı verilib.

2013-cü ildə Snouden Amerika və Britaniya kəşfiyyat orqanlarının elektron müşahidə üsulları, habelə onların öz vətəndaşlarının şəxsi məlumatlarını bir-birinə ötürdükləri barədə ictimaiyyətə açıqlama verib.

O, həmçinin iddia edib ki, bu ölkələrin kəşfiyyat xidmətləri xarici dövlətlərin liderlərinin danışıqlarının qeyri-qanuni dinlənməsi ilə məşğuldur.

Snouden ABŞ hakimiyyətinin təqiblərindən qaçaraq, Rusiya da daxil olmaqla, bir sıra ölkələrin hakimiyyət orqanlarına sığınacaq üçün müraciətlər göndərib. 2014-cü ildə o, Rusiya Federasiyasında ilkin yaşayış icazəsi, daha sonra isə Rusiya ərazisində qeyri-müəyyən müddətə qalmaq hüququ alıb.Mənbə: TASS/oxu.az

KnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26