Interposta.Info

Keçmiş kəşfiyyatçı Edvard Snouden ABŞ-a 4,2 milyon dollar pul ödəməli olacaq

Dünya
 1-10-2020, 15:03     777

ABŞ-ın Virciniya ştatının federal məhkəməsi xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snoudeni 4,2 milyon dollar cərimələyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, E.Snouden belə bir ağır pul cəzasını yazdığı və dərc etdirdiyi “Şəxsi iş” adlı kitabına görə alıb.

Məhkəmənin qərarında keçmiş kəşfiyyatçının kitabı yazarkən məxfi xidmətin əlyazmalarını Milli Təhlükəsizlik agentliyi və Mərkəzi Kəşfiyyat İdarəsi ilə razılaşdırmadan yayımladığı göstərilib.

Hakim Linda O`Qreydi bunu Edvard Snoudenin əvvələr üzərinə götürdüyü öhdəliyi pozmaq kimi qiymətləndirib.

Bundan öncə CNN telekanalı Edvard Snoudeni “Şəxsi iş” ktabına görə milyonlarla dollarlıq qanorardan imtina etdiyi barədə informasiya yaymışdı. Görünür amerikalı dissident kəşfiyyatçı keçmiş iş yeri ilə anlaşmasını pozub.

Xatırladaq ki, ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden sosial şəbəkələrdə Birləşmiş Ştatlar və Böyük Britaniyanın məxfi əməliyyatlarını ifşa edən bir çox materialları sosial şəbəkələrdə yaymağa müvəffəq olan adamdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26