Interposta.Info

Məmmədyarov-Nalbəndyan görüşü bitdi

Siyasət
 12-07-2017, 07:30     856

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Edvard Nalbəndyan arasında görüş başlayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Tiqran Balayan Tvitter səhifəsində məlumat yayıb.

Qeyd edək ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təşkil olunub və onların iştirakı ilə keçirilir.

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında görüş yekunlaşıb.

Bu barədə Tvitter hesabında Ermənistan XİN mətbuat katibi Tiqran Balayan bildirib.

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb. Təfərrüatlar barədə az sonra” – deyə Balayan qeyd edib./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26