Interposta.Info

Trampa qarşı daha bir kəşfiyyatçı şikayət ərizəsi yazır

Dünya
 5-10-2019, 20:54     10 342

ABŞ Kəşfiyyat strukturlarının daha bir əməkdaşı prezident Donald Trampa qarşı rəsmi raport yazmaq niyyətindədir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti iki etibarlı mənbəyindən aldığı informasiya əsasında məlumat yayıb.

Qəzetin xəbərinə əsasən, potensial informatorun əlində ABŞ prezidentinin xarici ölkələrin dövlət başçıları ilə söhbətində onlara təzyiq göstərməsi barədə daha dəqiq faktlar var.

Həmin agent artıq ABŞ Kəşfiyyat orqanlarının baş müfəttişi Maykl Atkinson tərəfindən dindirilib.

Qəzet Donald Tramp barədə ilk şikayət ərzisəsini yazan şəxsin söylədiklərinin mötəbərliliyinin möhkəmlənməsi baxımından yeni sənədin olduqca vabib olduğunu bildirib.

İkinci əməkdaş bunun üçün bir neçə iri rütbəli məmurdan konfidensial informasiya aldığını deyib.

Xatırladaq ki, Donald Tramp bundan qabaq yalnız Ukraynadan deyil, Çin Xalq Respublikası rəhbərliyindən ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden və onu ailə üzvlərinə qarşı cinayət işinə başlanmasını təklif etmişdi.

ABŞ lideri bununla bağlı başladılan impiçmet prosedurunu dövlət çevrilişi ilə müqayisə edərək Konqresdəki demokratların ölkə vətəndaşlarının bütün hüquqlarını pozduğunu deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26