Interposta.Info

Tramp “dərin dövlətlə” savaş açır: xüsusi qrup yaranır

Dünya
 6-12-2017, 18:22     10 319

ABŞ Prezidenti Donald Trampa Vaşinqtondakı “dərin dövlətlə” mübarizə üçün özəl kəşfiyyat qrupunun yaradılması təklif olunub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İntercept” saytı yayıb. Sayt təklifin hərbi şirkətin təsisçisi Erik Prins və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Oliver Nors tərəfindən Trampa təqdim edildiyini bildirib.

Təklifə əsasən yeni kəşfiyyat qrupu ABŞ-ın rəsmi kəşfiyyat qurumlarına pararlel fəaliyyət göstərəcək. Bunun sayəsində yeni qrup rəsmi kəşfiyyat orqanlarında Trampı hakimiyyətdən yıxmağa çalışan xüsusi qruplarla mübarizə aparacaq.

Artıq MKİ rəhbəri Mayk Pompeonun bu təkliflə razılaşdığı da bildirilib. Belə ki, Pompeo tabeliyindəki şəxslərin əksəriyyətinə güvənmədiyini və bunun üçün bu təklifə xoş münasibət bəslədiyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26