Snoudenin

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snoudenin Rusiyada qalma müddəti daha 3 il uzadılıb
“Report” TASS-a istinadən xəbər verir ki, bunu onun vəkili Anatoli Kuçeren bildirib.
Vəkilin sözlərinə görə, MKİ-nin keçmiş əməkdaşı 2020-ci ilədək Rusiyada qala biləcək. A.Kuçerin deyib ki, E.Snouden yaxın illərdə Rusiya vətəndaşı olmaq üçün müraciət edə bilər: “Qanunvericiliyə əsasən, Rusiyada qalmaq icazəsi almaq üçün 5 il bu ölkədə yaşamaq lazımdır. Vətəndaşlıqla bağlı qərarı istisnasız olaraq, özü qəbul edəcək ”.
Qeyd edək ki, Snouden 2013-cü ilin iyununda Rusiyaya sığınıb. 2014-cü ildə o, 3 illiyə yaşamaq hüququ alıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26