Interposta.Info

Ukraynada raket zərbələri nəticəsində azı 30 azərbaycanlının evi və ya obyekti dağılıb.

 

Dünya
 26-08-2022, 11:37     263

Ukraynada genişmiqyaslı müharibə dövründə azı 30 azərbaycanlının evi və ya iaşə obyekti tamamilə dağılıb.

“Report”un Şərqi Avropa bürosunun araşdırması nəticəsində bu il fevralın 24-dən Rusiyanın Ukraynada apardığı müharibə müddətində azərbaycanlılara dəyən zərərin bir qismi məlum olub.

Belə ki, Ukraynada hazırda da raket zərbələrinə məruz qalan Xarkov, Çerniqov, Sumı, Donetsk, Luqansk, Nikolayev, Dnepropetrovsk, Zaporojye vilayətlərində, o cümlədən mart ayında Kiyev vilayəti ətrafında şiddətli döyüşlər zamanı azərbaycanlılar da mülki itkilərə məruz qalıblar.

Bu bölgələrin sakini olduğu müəyyən edilən 30 azərbaycanlının evi və ya digər formada xüsusi mülkiyyəti raket və mərmi zərbələri nəticəsində dağıdılaraq məhv edilib.

Qeyd edək ki, bu, “Report”un Şərqi Avropa bürosuna bu vaxta qədər məlum olan statistik məlumatlardır və arta biləcəyi istisna deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26