Interposta.Info

Baş Qərargah: "İskəndər-M" raketləri Belarusdan Ukraynaya doğru yönəlib

Dünya
 30-04-2022, 21:22     326

Rusiyanın "İsgəndər-M" raketləri Belarus ərazisindən Ukraynaya doğru yerləşdirilib.

"Report" bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir.

Bundan əlavə, Belarus silahlı qüvvələrinin bölmələri Ukrayna ilə sərhədin Brest və Qomel vilayətlərində hərbi tapşırıqları yerinə yetirir.

"Ukraynada Belarusla sərhəd ərazilərdə təxribatın mümkünlüyü istisna edilmir. Hərbi və mülki infrastruktura raket və bomba hücumları təhlükəsi hələ də qalmaqdadır", - Baş Qərargah qeyd edib.

Bundan əlavə, Severski istiqamətində Ukraynanın Rusiya ilə həmsərhəd rayonlarında, həmçinin Zaporojye, Dnepropetrovsk, Donetsk, Luqansk və Xarkov vilayətlərinin yaşayış məntəqələrində infrastruktur obyektlərini atəşə tutmaqda davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26