Interposta.Info

Daşnaklar növbəti dəfə Ermənistan hakimiyyətini hədələdi

Dünya
 23-08-2022, 15:43     272

Biz, Ermənistan və Qarabağ hakimiyyətinin sonadək məğlubiyyətə meyilli, qarşılıqlı razılaşdırılmış güzəşt siyasətini qətiyyətlə pisləyirik, bunun son nümunəsi Ağavno (Zabux – red.) və Berdzorun (Laçın – red.) Azərbaycana təslim edilməsidir.

"İnterPosta""news.am”a istinadən xəbər verir ki, bu barədə EİF Daşnaksütyun Bürosunun yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, "Xalqın adından gələn və xalqdan gizlin xəyanətkar müqavilələr bağlayan hakimiyyət Ermənistan ərazilərinin düşmənə verilməsinə razılıq verməklə yanaşı, bütün məsuliyyəti başqalarının üzərinə atmaq üçün belə siyasət aparır. Ermənistan Respublikasının hakimiyyət orqanları Qarabağın öz müqəddəratını təyinetmə hüququnu və təhlükəsizliyini qorumaq üçün xüsusi məsuliyyətdən boyun qaçıraraq, eyni zamanda, anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaqla, Ermənistan-Rusiya münasibətlərini daha da pisləşdirir. Onun məsuliyyətsiz münasibəti sadəcə olaraq sərhəd tanımır.

2020-ci il müharibəsinin dəhşətli nəticələrində olduğu kimi, erməni yaşayış məntəqələrinin düşmənə təslim edilməsinə və Qarabağı Ermənistanla birləşdirən dəhlizin taleyi ilə bağlı qeyri-müəyyənliyə görə bütün məsuliyyət Ermənistan və Qarabağın hakimiyyət orqanlarının üzərinə düşür. Heç kim məsuliyyətdən yayına bilməz”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26