Interposta.Info

Dəhşətli məğlubiyyətə düçar olduq:

Dünya
 2-03-2017, 16:47     1 406

Dəhşətli məğlubiyyətə düçar olduq:

Ermənistan Prezidenti Serj Sərkisyan işğal olunmuş Azərbaycan ərazilərini qaytarmaq fikrindədir.

Bu barədə Ermənistanda I Qarabağ döyüşçüsü Arkadi Karapetyan deyib.

Karapetyan keçmiş müdafiə naziri Seyran Ohanyanın “güzəşt edilməsi” haqda dediyi sözləri şərh edərkən bildirib ki, Prezident Serj Sərkisyan da eyni düşüncədədir: “Ohanyan kimdir? Seyran Ohanyan və Serj Sərkisyan eyni ağacın meyvələridir. Sərkisyan da eyni şeyi istəyir”.

Keçmiş erməni döyüşçü Ermənistanın Azərbaycana məğlub olduğunu qeyd edib.

“Biz vaxtında ən dəhşətli məğlubiyyətə düçar olduq və indiyə qədər balansı bərpa edə bilmirik. Bu gün Azərbaycan xaricə silah satır, biz isə şəxsi ehtiyaclarımızı təmin edə bilmirik. Anlayırsınızmı problem nədədir? Bu gün Ermənistan-Rusiya hərbi əməkdaşlığı çərçivəsində yalnız qarajlardakı "Kamaz"lar təmir olunur. Bu gülməlidir. Rusiya Azərbaycana silah satır, bizimlə isə "Kamaz" təmir edir. Bu bizi ələ salmaqdır”, - deyə o, Ermənistan ordusunun acınacaqlı vəziyyətinə diqqət çəkib.

A.Karapetyan Ermənistan ordusunun yeni müharibədə qalib gələ bilməyəcəyini vurğulayıb:

“Biz qalib sırasında olmaq üçün könüllü dəstələr yaratmalıyıq. Mən elə bu dəqiqə könüllü güclərin yaradılmasını istəyirəm. Çünki yeni müharibənin olması qaçılmaz görünür və biz əvvəldən nəsə etməsək, bu müharibədə məğlub olacağıq. Dəqiq bilmirəm, amma Müdafiə Nazirliyi bununla bağlı nəsə edir. Lakin işin daha genişmiqyaslı edilməsini istəyirəm”./publika.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26