Interposta.Info

Abramyandan “Azərbaycana ərazi iddiamız yoxdur” deyən Qriqoryana cavab

Siyasət
 1-08-2022, 11:00     403

"Azərbaycan sadəcə olaraq Ermənistan-Azərbaycan danışıqlarının gündəmindən Qarabağ (orijinalda bütün müsahibə boyu Qarabağ əvəzinə Artsax deyib-red.) məsələsini çıxarmağa çalışır və görünür Ermənistan da buna can atır”.

"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu "Şərəfim” parlament fraksiyasının deputatı Tiqran Abramyan "NEWS.am” saytına müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Dağlıq Qarabağ məsələsinin Ermənistanla Azərbaycan arasındakı münasibətlərdən ayrılması variantını fəal şəkildə müzakirə edilməsi ilə bağlı bəyanatını şərh edərkən deyib.

"Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, müharibədən sonrakı dövrdə Azərbaycanın nə tələb etdiyini və Azərbaycanın nəyi diktə etdiyini deyir, çünki bu bəyanatı Türkiyənin Ermənistanla münasibətlərin normallaşması prosesinin birbaşa Azərbaycandan asılı olduğunu deməsi və onların daima Azərbaycanla məsləhətləşməsi fonunda verir. İkincisi, Azərbaycan sadəcə olaraq Qarabağ məsələsini Ermənistan-Azərbaycan danışıqlarının gündəliyindən çıxarmağa çalışır, Ermənistan da buna can atır, çünki Qarabağda baş verən hadisələrlə bağlı müəyyən sosial və humanitar məsələlər istisna olmaqla, Ermənistan hakimiyyəti bu mövzunu Rusiyanın üzərinə qoymağa çalışır, bəyan edir ki, orada sülhməramlı qüvvələr yerləşdirilib və bu, Rusiyanın məsuliyyət sahəsidir. Armen Qriqoryanın bəhs etdiyi ayrıca sənədə - böyük sülh müqaviləsi adlanan sənədə gəlincə, güman edilir ki, Azərbaycan öz problemlərini, yəni prioritetlərini bir paketdə həll etməyə çalışır və bizim üçün prioritet olan mövzular, xüsusilə, Qarabağın öz müqəddəratını təyinetmə hüququ ilə bağlı, Qarabağdakı soydaşlarımızın təhlükəsizliyinin və normal həyatının təmin edilməsi, təbii ki, nə bu hakimiyyətlər, nə də Azərbaycan üçün prioritetdir”.

Deputatın sözlərinə görə, Ermənistan hakimiyyəti faktiki olaraq Azərbaycanın gündəliyinə uyğun hərəkət edir.

"Siyasi kurs nöqteyi-nəzərindən Ermənistan hakimiyyəti məhz bu cür hərəkət edir: Azərbaycanın gündəliyi var, Ermənistan hakimiyyətinin sadəcə olaraq hər addımbaşı yerinə yetirdiyi artan tələblər var”, - deyə siyasətçi qeyd edib.

Sülh gündəliyini şərh edən Abramyan vurğulayıb ki, reallıqda sülh gündəliyi Qarabağın və Sünik bölgəsinin tam Azərbaycanın nəzarəti altına keçməsini nəzərdə tutur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26