Interposta.Info

Sərhədlərin demarkasiyası və delimitasiyası: Qarabağ məsələsinə niyə toxunulmur? (ŞƏRH)

Siyasət
 21-08-2021, 12:37     732

"Həqiqətən Azərbaycanla Ermənistan arasında sərhəd müzakirə olunanda bilavasitə Qarabağ məsələsinə toxunulmur. Amma hamı nəzərdə tutur ki, Azərbaycanın sərhəddi müəyyənləşəndən və Ermənistan bu sərhəddi tanıyandan sonra sərhəddin içindəki bütün ərazilər Azərbaycanındır və onlar bunu tanımalı olacaq".

Bunu "İnterPosta"-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "Sərhədlərin demarkasiyası və delimitasiyasının müzakirəsi zamanı Qarabağ məsələsinə toxunulmur, Qarabağ bu prosesdən kənarda saxlanılır” fikirini şərh edərkən deyib. Politoloq bildirib ki, əvvəl delimitasiya, ondan sonra isə demarkasiyası prosesi həyata keçirilməlidir:



"Delimitasiya xəritədə olur. Beynəlxalq və daxili xəritələr vasitəsi ilə xəritə və hüquq mütəxəsisləri oturub masa arxasında xəritənin üstündə ümumi xəttini çəkirlər. Ondan sonra mütəxəsislər təbiətdə razılaşmış xəritənin demarkasiyasını aparırlar. Ərazilər aydınlaşandan sonra isə əlamətlər - tikanlı məftil çəkilir, sərhədçi zastavalar qururlar".

Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycanla Ermənistan arasında əvvəl delimitasiya gedəcək:

"Bu zaman Rusiya deyir ki, biz sizə köməkçi ola bilərik, çünki SSRİ Silahlı Qüvələrinin Baş Qərargahının böyük miqyaslı xəritələri var, orada Azərbaycanın və Ermənistanın ərazisi açıq göstərilib. Azərbaycan və Ermənistan da deyib ki, buyur gəl. Əgər rusların iştirakı ilə delimitasiya və demarkasiya prosesi olsa, Azərbaycanla Ermənistan arasında 960 km uzunluğunda bir sərhəd müəyyənləşəcək. Bu baş tutacaqsa, sərhəddən sağ tərəf Azərbaycanın, sol tərəf isə Ermənistanın olacaq. Bu zaman Azərbaycan Laçın dəhlizini də götürəcək. O ki qaldı sərhəd xəttindən sağda qalan hissəyə, əgər Ermənistan buranı Azərbaycan kimi tanıyacaqsa, bu o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26