Interposta.Info

Moskvada kafe işçisi ilk iş günündə həmkarları tərəfindən zorlandı
 

Dünya
 2-08-2022, 23:44     245

Moskvada kafe işçisi ilk iş günündəcə iki həmkarı tərəfindən zorlanıb.

22 yaşlı qadın faktla bağlı paytaxt polisinə müraciət edib.

Zərərçəkənin dediyinə görə, onu 27 və 25 yaşlı həmkarları zorlayıb.

Xanımın sözlərinə görə, o, işdən sonra iş yoldaşları ilə bara gedib və həddən artıq içki qəbul edib. O, gənclər tərəfindən hotelə aparıldığını, bundan sonra isə başına gələnləri xatırlamadığını bildirib.

Səhəri gün yuxudan oyanan qadın təcavüzə məruz qaldığını aşkar edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26