Interposta.Info

Azərbaycanda daha bir zorlanma hadisəsi

Ölkə
 14-08-2017, 18:37     10 411

Mingeçevir şəhərində 8 yaşlı oğlan narkotik aludəçisi olan şəxs tərəfindən zorlanıb.

interposta.info
Report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev prospektində yerləşən 73 saylı binanın zirzəmisində baş verib.

Belə ki, təqribən 35-38 yaşlarında olan Ağali Sadıqov 8 yaşlı qonşusunu aldadaraq zirzəmiyə aparıb və onu zorlayıb.

Hadisə şahidləri bu barədə zərərçəkənin yaxınlarına məlumat verdikdən sonra uşaq hər şeyi valideynlərinə danışıb.

Narkotik aludəçisi olan A.Sadıqov hadisə barədə başqalarının xəbər tutmasından sonra qaçıb gizlənməyə çalışıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Sadıqov saxlanılaraq istintaqa cəlb olunub.

İlkin araşdırmalar zamanı onun dəfələrlə azyaşlını cinsi istismara məruz qoyaraq zorladığı məlum olub.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, A.Sadıqov həyat yoldaşından boşanıb və iki uşağı var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26