Interposta.Info

Ronaldu “Twitter”də ən çox təhqir edilən futbolçu oldu

Dünya
 2-08-2022, 23:42     263

Kriştianu Ronaldu ötən mövsüm “Twitter”də ən çox təhqir edilən Premyer Liqa oyunçu olub.

Bu barədə Alan Tyurinq İnstitutunun alimlərinin araşdırmasına istinadən “Ofcom” məlumat yayıb.

Tədqiqatçılar 2021/22 mövsümünün ilk beş ayında yazılmış 2,3 milyon tviti təhlil ediblər.

Onlardan təxminən 60 mini təhqiredici olub.

Həmin tvitlərdən 12520-si Ronalduya ünvanlanıb. Harri Maquayre 8954 tvitlə ikinci, Markus Reşford isə 2557 tvitlələ üçüncü yeri tutub.

Ümumilikdə, ilk 10-luqda “Mançester Yunayted”in 8 futbolçusu var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26