Interposta.Info

Zelenski Kiyevin şərtlərini açıqladı

Dünya
 23-07-2022, 15:19     304

İtirilmiş əraziləri geri almadan Rusiya ilə atəşkəsin əldə edilməsi yalnız müharibəni uzadacaq.

"İnterPosta" "Rueters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Wall Street jurnalına verdiyi müsahibədə deyib.

O, deyib ki, Ukrayna ərazilərini ələ keçirməyə imkan verən atəşkəs yalnız daha geniş münaqişəyə təkan verəcək və Moskvaya növbəti raund üçün yenidən silahlanma imkanı verəcək. Zelenski ABŞ-ın təchiz etdiyi HIMARS haqqında da danışıb. O, Himarsların maddi fərq yaratdığını vurğulayıb, ancaq tədarük edilən silahların sayının Ukraynanın vəziyyəti dəyişdirmək üçün ehtiyac duyduğundan çox aşağı olduğunu bildirib.

Wall Street jurnalı Zelenskinin şərhlərinə istinadən yazır: "Rusiya Federasiyası ilə münaqişənin dondurulması Rusiya Federasiyasına nəfəs verən fasilə deməkdir. İctimaiyyət inanır ki, əvvəlcə bütün ərazilər azad edilməlidir, ondan sonra biz nə edəcəyimizi və qarşıdakı əsrlərdə necə yaşaya biləcəyimizi müzakirə edə bilərik”.

"Daha çox ehtiyac isə, Rusiyanın cəbhə xəttindən yüzlərlə km uzaqlıqdakı dinc şəhərlərə uzaqmənzilli raket zərbələri endirməsinə mane ola biləcək hava hücumundan müdafiə sistemləridir”, - deyə Zelenski əlavə edib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26