Interposta.Info

Ukrayna Rusiya ilə diplomatik münasibətləri kəsdi - Zelenski

Dünya
 24-02-2022, 15:22     464

"Bu gün, fevralın 24-də Rusiya Federasiyası Ukraynanı işğal edib. Prezident Vladimir Zelenskinin ofisi genişmiqyaslı müharibənin başladığını bildirib. Bununla bağlı Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi qərara alınıb”.

"İnterPosta" Unian-a istinadla xəbər verir ki, bu barədə brifinq zamanı Vladimir Zelenski bildirib.

Belə bir qərarla hər iki tərəf diplomatik müstəvidə ikitərəfli ünsiyyət imkanından məhrum olur. Ukrayna və Rusiya diplomatları fəaliyyətlərini dayandırıblar. Ölkələr arasında diplomatik münasibətlər üçüncü dövlətlərin vasitəçiliyi ilə baş verir.

Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyası "LXR" və "DXR"-i müstəqil olaraq tanıyıb və fevralın 24-də səhər öz qoşunlarını Donetsk və Luqansk
vilayətlərinin ayrı-ayrı ərazilərinə (ORDLO) göndərib. Vladimir Putinin bu qərarı Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməsinə səbəb olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26