Interposta.Info

Azərbaycanda müəmmalı olay: Xəstəxanalıq olanların sayı 200-ü ötdü (YENİLƏNİB)

Dünya
 19-07-2022, 14:45     302

İran dünya şöhrətli azərbaycanlı rejissoru 6 illik Evin həbsxanasına göndərdi

0Tanınmış rejissor Cəfər Pənahi 6 il həbs cəzası çəkmək üçün Evin zındanına göndərilib.

"İnterPosta" BBC-nin fars bölməsinə istinadən xəbər verir ki, bu haqda İranın məhkəmə hakimiyyətinin sözçüsü Məsud Setayeşi bildirib.

Setayeşinin sözlərinə görə, Cəfər Pənahi "2010-cu ildə altı il həbs cəzasına məhkum edilib. Bu hökm "yekun və məcburidir” və o, həbs cəzasını çəkmək üçün iyulun 10-dan Evin İstintaq Təcridxanasına gətirilib”.

Pənahinin həyat yoldaşı Tahereh Səidi də keçən həftə BBC Farscaya deyib ki, 6 il həbs cəzası 12 il əvvələ aiddir. O zaman Pənahinin həbs-qəti imkan tədbiri dondurulsa da, indi qəfildən bu haqda qərar verilib.

Pənahi daha rejissorun həbsinə etiraz aksiyasında iştirak etdiyinə görə tutulub. Belə ki o, Məhəmməd Rəsulov və Mustafa Ələhmədinin azadlığa buraxılmasını tələb edib. Rəsulov və Ələhmədi iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.

Dörd gün əvvəl Fransa Xarici İşlər Nazirliyi İrandan son günlər həbs edilən üç kinematoqrafçının tezliklə azad edilməsini istəyib.

Vurğulanır ki, Pənahi əslən Azərbaycan türküdür və İranın Şərqi Azərbaycan vilayətinin Miyana şəhərində anadan olub, beynəlxalq səviyyədə tanınmış kinorejissordur. O, Kann və Palermo da daxil olmaqla bir çox beynəlxalq mükafatlara layiq görülüb.

Qeyd edilir ki, Pənahidən başqa, Məhəmməd Rəsulov və Mustafa Əliəhməd də həbs edilib və hökuməti tənqid edən həmin iki rejissorun hüquqlarının statusu hələ də məlum deyil./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26